"Azərbaycan və Ermənistan arasında yekun razılığın əldə olunması üçün çox iş görülməlidir".

İqtisadiyyat.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla yekun plenar görüşün yekunları üzrə deyib.

"Sizinlə görüşmək fürsətini həqiqətən yüksək qiymətləndirirəm. Bu prosesdə komandamız, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da iştirak edib. Biz bu ümumi məqsədə doğru daha da irəliləyiş, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin daha dərindən anlaşılmasını qeyd edəcəyimiz bəyanatı paylaşacağıq", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 27-dən 29-dək ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.