Belarus Müdafiə Nazirliyi Rusiya-Belarus birgə regional qüvvələrinin müdafiə missiyasına hazır olduğunu açıqlayıb.

Belarus müdafiə nazirinin müavini Andrey Juk açıqlamasında bildirib ki , Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qəbul etdiyi qərara əsasən, birgə regional qüvvələrin hazırlığı və koordinasiyası oktyabrın sonundan etibarən həyata keçirilib.

Müxtəlif birliklər səviyyəsində birgə regional hərbi birləşmələrin təkmilləşdirilməsi istiqamətində səylərin gələcəkdə də davam etdiriləcəyini qeyd edən Juk Belarus ərazisində birgə taktiki-uçuş təliminin keçiriləcəyini deyib. Və ilin sonunda Rusiya və Belarus orduları Qalxan-2023 təlimini keçirəcək.