Beynəlxalq Hesablaşmalar Bankı (BIS) inflyasiya ilə mübarizə çərçivəsində dövlət xərclərini azaltmağa və vergiləri artırmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankından bildirilənə görə, bütün dünya hökumətləri mərkəzi banklara inflyasiyanı cilovlamaq və maliyyə böhranı riskini azaltmaq üçün vergiləri artırmalı və ya dövlət xərclərini azaltmalıdır.

Bloomberg HT-nin məlumatına görə, mərkəzi bankların bankı kimi tanınan qurum, inflyasiyanın yüksək olduğu və faiz dərəcələrinin yüksəldiyi bir vaxtda hökumətlərin maliyyə siyasətini sərbəst buraxaraq “sabitlik zonası adlandırıla bilən regionun sərhədlərini sınaqdan keçirdiklərini” bildirib.

"(Fiskal) konsolidasiya inflyasiya ilə mübarizədə kritik təkan verəcək. Bu, həmçinin faiz dərəcələrini daha uzun müddət yüksək saxlamaq üçün monetar siyasətə ehtiyacı və bununla da maliyyə qeyri-sabitliyi riskini azaldacaq", - BIS-in açıqladığı illik hesabatında deyilir.