“Bərdə Broyler” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 25-də onlayn formatda keçirilməsi nəzərdə tutulub.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

I. “Bərdə Broyler” ASC-nin 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;

II. “Bərdə Broyler” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;

III. “Bərdə Broyler” ASC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında;

IV. Digər məsələlər.