Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Netanyahu prezident Ərdoğana telefonla zəng edərək İstanbulda baş verən terror aktına görə başsağlığı verib. Baş nazir həmçinin, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin dünya üçün əhəmiyyətli olduğunu da bəyan edib.

Prezident Ərdoğan isə başsağlığı çağırışına görə Binyamin Netanyahuya təşəkkür edib və iki gün əvvəl İordan çayının qərb sahilində baş verən hadisə səbəbilə üzgünlüyünü ifadə edib.