Belçikanın baş naziri Aleksandr Krou Kiyevə gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Belçikanın Baş nazirinə salamlar. Biz danışıqlara başlayırıq. Əminəm ki, onlar hər iki tərəf üçün obyektiv və faydalı olacaq”, - o, Telegram kanalında yazıb .

Şənbə günü səhər saatlarında Polşa və Litvanın baş nazirləri Mateuş Moravetski və İnqrida Simonite Kiyevə gələrək ukraynalı həmkarı Denis Şmıqalla birgə bəyanat imzalayıblar.