Bu ilin yanvar-sentyabr aylarında Belarusun xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 69,8 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu dövrdə müsbət saldo 537,9 milyon dollar olub.

Hesabat dövründə Belarusun ixracı 4,8% artaraq 35,19 milyard dollara, idxalı isə 17,7% artaraq 34,65 milyard dollara çatıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Belarusun ticarət dövriyyəsinin həcmi 238,7 milyon dollar olub.

 

Gözəl Həşimova