Kanada Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə 22 Belarus rəsmisi və 16 şirkətə sanksiya tətbiq edəcəyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Kanada Rusiyaya qarşı sanksiyaları artırmaq qərarına gəlib. 

Bəyanatda deyilir ki, sanksiya tətbiq edilən məmurlar arasında Ukraynanın işğalında iştirak edən Rusiya hərbçilərinin və texnikasının yerləşdirilməsi və daşınmasında şərik olanlar var.
Qeyd edək ki, Kanada Belarus da daxil olmaqla 1500-dən çox şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.