Aprelin 6-na keçən gecə Belarus Litva ilə sərhədə hərbi texnika yerləşdirib.

İqtisadiyyat.az bildirir ki, 20 texnikadan ibarət eşelon Litva sərhədindən 9 kilometr aralıda yerləşən Qudoqay stansiyasına gəlib.

Eşelona ən azı 10-15 ədəd T-72B/B3 tankı, zirehli transportyor, piyadaların döyüş maşınları və MT-LB daxildir. Bildirilir ki,Belarus Silahlı Qüvvələrinin Minskin Uruçça rayonuna dislokasiya olunan 120-ci briqadasının texnikası təhvil verilib.