Bayden Rusiyaya qarşı bəzi sanksiyaları bir il müddətinə uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə qeyd olunub.

Bildirilib ki, Rusiya Federasiyası ABŞ-a qarşı zərərli fəaliyyətlə məşğul olur.

Həmçinin qeyd olunub ki, Moskva ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının azad və ədalətli demokratik seçkilər keçirməsinə mane olur.

Bununla yanaşı sənəddə, Rusiyanın dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğu qeyd olunub.