ABŞ Prezidenti Co Bayden ikinci müddətə seçilmək üçün prezident seçkilərinə qatılacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bayden NBC telekanalında yayımlanan “TODAY” verilişinin aparıcısı Al Rokerə müsahibəsində deyib.

O bildirib ki, seçkilərə qatılacaq, lakin bunu elan etməyə hazır deyillər.