"Ölkə lideri suriyalı həmkarı Bəşər Əsədlə görüşməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

O, partiyasının qrup toplantısında deyib ki, Ərdoğan Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi ilə düzgün təmas qurub. 

"Həmçinin Bəşər Əsədlə görüşmək imkanı yaratmaq və terror təşkilatlarına qarşı birgə mübarizə tədbirləri hazırlamaq lazımdır”, - Baxçalı qeyd edib.