Cari ilin sentyabr ayında “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 mln. manat məbləğində 59 ədəd əqd bağlanıb

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə bu əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə 48 mln. manatlıq 21 əqd baş tutmuşdur ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.