Bakının Nərimanov rayonunda yeni yarımstansiya tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

5/6 kV-luq 2x25 MVA gücündə yeni yarımstansiya (70 saylı TM-in əvəzinə) Təbriz küçəsində inşa olunacaq.

"Azərişıq" tikinti işlərini "İtes Company" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib.

Şirkətlə 6,74 milyon manat dəyərində müqavilə bağlanacaq.