Bu gün Şərq Bazarında yerli sahibkarlığa dəstək məqsədilə “Nabat Talks Biznes Forumu” baş tutub. Forumda məhsul və xidmətlərin təqdimatı olub, müxtəlif əl işləri sərgilənib.

Həmçinin, biznesə yeni başlayan, təcrübə toplamaq istəyən şəxslərə təlimlər keçilib, spikerlər tərəfindən suallar cavablandırılıb, potensial əməkdaşlıqlar müzakirə olunub.

Forumun məruzəçiləri arasında: Afət Əhmədova – “ZIRA Natural & Gourmet”-in təsisçisi və direktoru, Ceyhun Əli - teleaparıcı, spiker, moderator, Vahid Mürsəliyev Azərbaycanın aparıcı mobil operatoru “Azercell” MMC-nin sabiq prezidenti, Seymur Məmmədov – “Simbrella” şirkətinin direktoru və digər tanınmış iş adamları olub.

Forum texnologiya və təhsil, tibb, turizm, qida və FMCG bankçılığı, reklam və marketinq, hüquq, logistika, moda və estetik və bir çox sahələri əhatə edib.

Xatırladaq ki, forumun informasiya dəstəyi Azərbaycanın iqtisadi, sosial, siyasi, bank işi, fond, sığorta, sənaye və digər sahələrdə aparıcı saytlarından biri olan https://iqtisadiyyat.az saytıdır.