Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub.

İqtisadiyyat.az bildirir ki, DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Xəyyam İsrafilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.