Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

İqtisadiyyat.az-ın məlumatına görə, “Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edib.

“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.