2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondundan İqtisadiyyat.az-a verilən məlumata görə, ötən ay 845 min nəfərdən çox vətəndaş müavinət və təqaüd alıb.

Qeyd edilib ki, onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.