Bakıda bu ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,2% artaraq 558,1 milyon manat olub.

İqtisadiyyat.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 305,1 milyon manat olubdur ki, bu da ümumi dövriyyənin 54,7%-ni təşkil edib.