İşdən çıxarılan fəhlə “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, İdarənin keçmiş əməkdaşı Salahov Vaqif Maxsud oğlu məhkəməyə müraciət edib.

O, müraciətində əmək haqqının ödənilməsi tələbini irəli sürüb.

Birinci instansiya məhkəməsinin qərarından narazı qalan V.Salahov daha sonra apellyasiya şikayəti verib.

Onun şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, "Azəriqaz"ın Təmir Tikinti İdarəsinin rəisi Kamran Cəfərovdur.