"Azercell" nömrələrində bəzi xidmətlərdən istifadə zamanı problemlər yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bildirilir ki, martın 7-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Qeyd edək ki, bundan əvvəllər də "Azercell" nömrələrində mütəmadi olaraq bu kimi problemlər yaşanıb. Abunəçilər isə "Azercell Telekom" MMC-dən buna görə narazılıqlarını bildiriblər.