Tanınmış iqtisadçı, professor Zahid Məmmədovun müəllifi olduğu kitab Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində dərslik kimi istifadə olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə saytımıza professor özü məlumat verib. 

Bununla bağlı universitetin rəsmi saytında da məlumat dərc edilib. Bildirilib ki, Zahid Məmmədovun müəllifi olduğu "Maliyyə iqtisadiyyatı: Bank, sığorta, kapital və birja" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Eyni zamanda kitabın bank və maliyyə sahəsində yazılmış ilk icmal kitabı olduğu qeyd edilib.