Ukrayna istehsalı olan yeni növ məhsulların oktyabr ayında Azərbaycan və Şimali Makedoniyaya ixracına dair razılıq əldə olunub.

Bu barədə İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir.

Məlumata görə, Ukrayna istehsalçıları Azərbaycana tərkibində quş əti və süd məhsulları olan, kulinariya hazırlığına gətirilən və istehlak üçün nəzərdə tutulmuş kompozit məhsulları və konservləşdirilmiş ev heyvanları istisna olmaqla, ev heyvanları üçün işlənmiş qidaları tədarük edə biləcəklər.

Bildirilib ki, sertifikatın müvafiq formaları ölkələrlə razılaşdırılıb. Onlar Dövlət Qida və İstehlakçı Xidmətinin rəsmi internet portalının “Beynəlxalq əməkdaşlıq” - “Baytarlıq və təhlükəsizlik” bölməsində dərc olunub.

Qeyd edək ki, Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 208,7 milyon dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 287,6 milyon dollar və ya 58% azdır.

 

Gözəl Həşimova