Azərbaycanla Türkiyə arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 6,2 milyard dollar dəyərində olub. Bununla da iki ölkə arasında ticarət dövriyyəsi son 5 ilin maksimumuna çatıb.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard dollar və ya 43,7% çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,6 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın Türkiyəyə ixracı isə 4,5 milyard dollar dəyərində olub.

Son 5 ildə isə Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi isə belə olub:

İl

Ticarət dövriyyəsi

2019

3,3 milyard dollar

2020

3,2 milyard dollar

2021

3,2 milyard dollar

2022

4,3 milyard dollar

2023

6,2 milyard dollar

 

Gözəl Həşimova