Azərbaycanın bu ilin yanvar-iyun aylarında İspaniya ilə ticarət dövriyyəsi 695 milyon ABŞ dolları həcmində olub.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 311,4 milyon ABŞ dolları və ya 81,1% çoxdur.

Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 652,9 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 42,1 milyon ABŞ dolları olub.

 

Gözəl Həşimova