Azərbaycanla Hindistan arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 789,5 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 394,1 milyon dollar və ya 33,3% azdır.
Hesabat dövründə Azərbaycanın Hindistana ixracı 668,3 milyon dollar dəyərində olub.
Gözəl Həşimova