Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 733,7 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 246,5 milyon dollar və ya 25,1 % azdır.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 445,2 milyon dollarlıq mal ixrac edilib. Bu ölkədən idxal isə 288,4 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova