Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 341,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 milyon dollar azdır.

Hesabat dövründə ölkədən ABŞ-yə ixrac 7,1 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 334 milyon dollar olub.

 

Gözəl Həşimova