Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 1 milyard 251 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 121,3 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 19,3 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 232 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova