Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 1 milyard 290 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 85,7 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 22,7 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 267 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova