2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 520.18 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 6% azdır.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 15.5% azalaraq 29 345 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22.3% artaraq 14 174 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 15 171 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 34.3% az olub.