"Ukraynada vəziyyət çox ağırdır. Bilirsiniz, elə bu vəziyyətə görə mən Bakıdayam". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

"Azərbaycan vətəndaşlarının Ukraynada döyüşməyə getməsinə görə onların valideynləri, yaxınları buna nəzarət etməlidirlər. Orada döyüşlərə gedəndən sonra bizə deyirlər, övladımız gedib döyüşə, bizə yardım edin. Orada ağır döyüşlər gedir. Ona görə diqqətli olsunlar. Kiyevdə isə vəziyyət yaxşıdır. Oranın hava hücumundan müdafiə sistemləri güclüdür".