Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 285,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 264,5 milyon dollar və ya 48 % azdır.

Hesabat dövründə Azərbaycandan Ukraynaya 94,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 190,3 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 549,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova