Azərbaycan ilə Tacikistan arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 5,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Tacikistana 4,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 581,1 min dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova