Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna son ildə cəlb olunmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 5 milyard ABŞ dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

Bildirilib ki, bu sektora yatırılmış BXİ-nin ümumi birbaşa xarici investisiyalarda payı 21,2 % təşkil edib.