Azərbaycanın bu ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə ixracı 3 milyard 33 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 12,8 % artıb.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkələr isə bunlardır:

Gözəl Həşimova