Azərbaycanın Qazaxıstan ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 283,9 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 42,3 % azalıb.

Bu dövrdə Azərbaycandan bu ölkəyə 87,4 milyon ABŞ dolları dəyərində mal ixrac edilib. Ölkənin Qazaxıstandan idxalının dəyəri isə 196,5 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə iki ölkə arasında ticarət dövriyyəsi 492 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova