Ötən il Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 1,6 milyard ABŞ dolları dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 1 % çoxdur.
Hesabat dövründə MDB ölkələrindən idxal isə 4,7 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 8% çoxdur.
2023-cü ildə Azərbaycanın MDB ölkələri ilə ticarəti isə belə olub:
MDB ölkələri |
Ticarət dövriyyəsi |
Belarus |
356,5 milyon dollar |
Qazaxıstan |
314,1 milyon dollar |
Qırğızıstan |
64,9 milyon dollar |
Moldova |
15,3 milyon dollar |
Özbəkistan |
178,7 milyon dollar |
Rusiya |
4,3 milyard dollar |
Tacikistan |
6,1 milyon dollar |
Türkmənistan |
773,9 milyon dollar |
Ukrayna |
353,7 milyon dollar |
Gözəl Həşimova