Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 809,8 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 718,7 milyon dollar və ya 47% azdır.

Hesabat dövründə Azərbaycanın Hindistana ixracının dəyəri 670,7 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 139,1 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova