Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 675,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 96,1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 579,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 96 milyon dollar olub.

Bununla da 2 ölkə arasında ticarətin həcmi son 5 ilin maksimumuna çatıb.

2019-2023-cü illərdə isə Azərbaycanla Gürcüstanın ticarəti belə olub:

Gözəl Həşimova