Ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 885,8 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 144 milyon dollar çoxdur.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə 759,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 126,3 milyon dollar olub.
Gözəl Həşimova