Azərbaycan bu ilin yanvar-avqust aylarında xarici ölkələrlə 35,5 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

8 aylıq xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 11,1 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Bu dövrdə Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bunlardır:

 

Ölkə

Ticarət dövriyyəsi

İtaliya

8,5 milyard dollar

Türkiyə

3,9 milyard dollar

Rusiya

2,1 milyard dollar

Çin

1,3 milyard dollar

Almaniya

855,1 milyon dollar

 

Gözəl Həşimova