Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 557,4 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 379 milyon dollar və ya 40,4% azdır.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 343,7 milyon dollarlıq mal ixrac edilib. Bu ölkədən idxal isə 213,6 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova