Bu ilin yanvar-noyabr aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 758,2 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % azdır.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 446,5 milyon dollarlıq mal ixrac edilib. Bu ölkədən idxal isə 311,7 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova