Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin əvvəlindən iyulun 1-i tarixinə qədər Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

İqtisadiyyat.az ARDNF-ə istinadən xəbər verir ki, AÇG yatağından - 3 348 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə 1 002 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 210,851 mln. ABŞ dolları təşkil edib.