Samuxda zəlzələ olub.

İqtisadiyyat.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Samux rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub.