Bakıda 5 bal gücündə zəlzələ baş verdiyi bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, Dağıstanın Xəzər dənizi sahilində 5.5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycanda da hiss olunub.

Bu dəqiqələrdə Bakı və Abşeronda hiss olunan zəlzələ ilə bağlı vətəndaşlar təşviş içindədir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hündür mərtəbəli binalarda yaşayan əksər vətəndaşlar evlərini tərk edərək həyətdə məskunlaşıblar.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.