"İmişli Yol Tikinti-6" ASC ləğv edilir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, cəmiyyətin səhmdarları bununla bağlı bir araya gələcək.

Şirkətin ləğvi üçün toplantının vaxtı gələn ilin yanvar 13-nə təyin edilib.

Toplantıda Ləğvetmə komissiyası yaradılacaq və bu komissiyanın səlahiyyətləri müəyyənləşdiriləcək.

Eləcə də Cəmiyyətin müşahidə şurasının və icra orqanın səlahiyyətlərinə xitam veriləcək.

Qeyd edək ki, şirkətin bağlanmasına səbəb müflis olmasıdır.