Azərbaycanda 2022-ci il ərzində 36494 cinayət hadisəsi qeydə alınıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistikaya görə, cinayət hadisələrinin sayı 2021-ci ilin göstəricisindən 17,2 faiz çox olub.

Ötən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşüb, onların da 59,6 faizini az ağır, 23,8 faizini böyük ictimai təhlükə törətməyən, 16,6 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Cinayətlərin strukturunda 15142 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 14500 hadisə iqtisadi sahədə, 5388 hadisə şəxsiyyət əleyhinə, 1443 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 487 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 21-i isə digər cinayətlərdir.