“Cederovtala Tütün” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 21-də keçirilməsi nəzərdə tutulub.

İclasın gündəliyinə aşağıdakılar daxildir:

1. Cəmiyyətin sədrinin hesabatı

2. İllik hesabatın təsdiqi.

3. “Cederovtala Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi barədə məsələlərin müzakirəsi.

4. Cəmiyyətin ləğvi.

5. Təhvil – Təslim Aktının təsdiq edilməsi.

6. Digər məsələlər.

Qeyd edək ki, “Cederovtala Tütün” ASC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 22 616 manat, qanuni təmsilçisi isə Yusif Göylərovdur. ASC Balakən rayonunun Cederovtala kəndində yerləşir.